Metroda sərnişin qatar yoluna düşərək ölüb

Metronun "28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb.

Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb.

"Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, dünyasını dəyişib", - deyə B.Məmmədov bildirib.

Onun sözlərinə görə, qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub.