Ötən gün qatar yoluna düşən sərnişinin vəziyyəti AÇIQLANDI

Ötən gün saat 19:00 radələrində “Ulduz” metrostansiyasında qatar yoluna düşən şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

R.Məmməd qeyd edib ki, onun hər iki ayağı amputasiya olunub:

"Vəziyyəti ağır stabildir".

Qeyd edək ki, ötən gün metronun "28 May" stansiyasında da sərnişin qatar yoluna düşüb. Həmin sərnişin həyatını itirib.