Bosniyalı keçmiş futbolçu Azərbaycanda işləmək istəyir

Vaxtilə “Qəbələ”də çıxış etmiş Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Ermin Zets Azərbaycanda işləmək istəyir.

Veteran futbolçu bu barədə AZƏRTAC-a müsahibəsində deyib.

O, vaxtilə futbolçu kimi Azərbaycan klublarından təklif aldığını bildirib: “Amma idman direktoru və ya məşqçi kimi hələ təklif almamışam. Türkiyədə və Azərbaycanda bu sahədə özümü sınamaq istərdim”.

Ermin Zets 2015-2016-cı illər mövsümündə “Qəbələ”nin formasını geyinib. “Qırmızı-qaralar”ın heyətində 32 oyuna çıxan 37 yaşlı keçmiş futbolçu 7 qolla yadda qalıb.