Şamaxıdakı zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - FHN (YENİLƏNİB)

Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Bu barədə Trend-ə FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

xxx
16:18

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bu dəfəki yeraltı təkan yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı olub.

 

Məlumata görə, zəlzələ 10 km dərinlikdə baş verib.

xxx
16:11

Şamaxıda 4.7 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Yerli vaxtla 15:52-də qeydə alınan zəlzələ yerin 13 km dərinliyində baş verib.