Şamaxıda daha bir zəlzələ qeydə alınıb.
Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, maqnitudası 3,8 olan zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.
Təkanlar episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
05:10
xxx
Şamaxıda növbəti zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, maqnitudası 3,6 olan zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə, Şamaxı rayonunda qeydə alınıb.
Yeraltı təkanın ocağı 14 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
xxx
02:43
Şamaxı rayonunda 3,0 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 00:36-da baş verib
Yeraltı təkanların episenti 8 kilometr dərinlikdə olub. Zəlzələ hiss olunmayıb.