Türkiyədə güclü zəlzələ olub

Türkiyənin cənub-şərqində güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, 5,2 maqnitudalı zəlzələ yerli vaxtla 08:52-də (Bakı vaxtı ilə 09:52) qeydə alınıb.

 

Yeraltı təkanların episentri Van vilayətinin Tuşba rayonunda yerləşib. Yeraltı ocağı isə 7 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.