İki həftə ərzində Biləsuvarda 26 nəfəri it dişləyib

Novruz bayramından indiyəcən Biləsuvarda 26 nəfəri it dişləyib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Bildirilir ki, 20 mart - 3 aprel 2026-cı il tarixləri ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına it dişəlməsi səbəbilə 26 müraciət daxil olub.

"Onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd edilib.