Xəzərdə gün ərzində dördüncü zəlzələ qeydə alındı (YENİLƏNİB)

Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 10:21-də, 25 km dərinlikdə, 3.1 maqnitudada baş verib.

xxx
10:35

Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 10:00-da, 5 km dərinlikdə, 3.8 maqnitudada baş verib.

Qeyd edək ki, bu gün Xəzər dənizində daha iki zəlzələ qeydə alınmışdı.

xxx

06:06

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:03-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.

Zəlzələnin ocağı 29 kilometr dərinlikdə yerləşib.