Şanlıurfanın Siverek liseyinə silahlı hücum edərək 16 nəfəri yaralayan daha sonra intihar edən 2007-ci il təvəllüdlü Ömər Ketin aktı törətməzdən əvvəl sosial şəbəkədə bununla bağlı xəbərdarlıq edib.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, məktəbin keçmiş şagirdi bunu liseyin rəsmi "Instagram” səhifəsində şərh olaraq yazıb.
“Hazır olun, bu məktəbə bir neçə gündən sonra hücum olacaq, hazır olun”,- deyə o bildirib.
Ömər Ketin məktəbdə kortəbii şəkildə açdığı atəş nəticəsində yaralananlardan 10-u şagird, 4-ü müəllim, 1-i polis və 1-i bufet işçisi olub.
xxx
12:48
Şanlıurfa vilayətinin Siverek rayonunda liseydə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücumu həyata keçirən şəxs sonradan intihar edib.
Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib.