Azərbaycanda korrupsiyaya qarşı geniş əməliyyat: vəzifəli şəxslər həbs olundu (YENİLƏNİB)

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatı zamanı saxlanılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin vəzifəli şəxsləri barəsində həbs qətimkan seçilib.

Trend-in məlumatına görə, Qaradağ rayon idarəsinin baş zabitləri Əliyev Etibar Yusif oğlu və Alıyev Şamil Məcid oğlu, Cəbrayıl şöbəsinin rəis müavini Mədətsoylu Niyam Etibar oğlu ,  Saatlı rayon şöbəsinin səfərbərlik hazırlığı Səfərbərlik bölməsinin zabiti Kərimli Araz Vüqar oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

xxx

15:49

 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirib. Əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər.

Bildirilib ki, həmçinin, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində də əməliyyatlar keçirilib, saxlanılanlar var.