Çində avtomobil qəzasında 13 nəfər ölüb

Çinin Henan əyalətində həddindən artıq yüklənmiş sərnişin mikroavtobusunun yarımqoşqulu yük maşınına çırpılması nəticəsində 13 nəfər ölüb, 3 nəfər yaralanıb.

AZƏRTAC əyalətin hakimiyyət orqanlarına istinadla xəbər verir ki, hadisə səhər saat 2:40 radələrində Nanyan şəhərində baş verib.

Qəza zamanı 9 nəfərlik mikroavtobusda 16 nəfər olub.

İctimai Təhlükəsizlik Nazirliyi istintaq və cavab tədbirlərinə rəhbərlik etmək üçün Nanyan şəhərinə işçi qrupu göndərib.