Suqovuşanda baş verən qəza zamanı xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdiriliblər.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza nəticəsində xəsarət alan digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
XXX
07:36
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşıb.
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
Belə ki, “Hyundai” markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Faktla bağlı araşdırma aparılır.