Füzuli rayonunun minalanmış ərazilərində yanğın baş verib (YENİLƏNİB)

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın davam edir.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Yanğının söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

XXX

23:30

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.