ABŞ-nin İranın qərbində yerləşən Zəncan vilayətinə hücumunda 3 SEPAH hərbçisi ölüb.
Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun Zəncan vilayəti üzrə ictimaiyyətlə əlaqələr idarəsinin məlumatında öz əksini tapıb.
“30 iyulda ABŞ-nin İranın Zəncan vilayətinə hərbi hava hücumları nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 3 üzvü ölüb”, -deyə məlumatda bildirilir.
SEPAH hərbçilərinin ölümü ilə əlaqədar başsağlığı verib.
Əlavə edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, 30 iyulda İranda hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz təyyarə qurğuları, sahil müşahidə və müdafiə məntəqələri və dəniz imkanları da daxil olmaqla onlarla hədəfə zərbələr endirilib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.