Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı uğurla başa çatdı

4-6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatı yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışın son günündə yeniyetmələr (2013-cü il təvəllüdlülər) və gənclər (2011–2012-ci il təvəllüdlülər) arasında fərdi proqram üzrə halqa, top, gürzlər və lent alətlərində final çıxışları keçirilib.

Final yarışlarının nəticələrinə əsasən qaliblər və mükafatçılar müəyyənləşib.