Hadisə gecə saatlarında Ağcabədi–Zərdab avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili traktorla toqquşub. Toqquşmadan sonra avtomobildə yanğın baş verib.
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həlak olanlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.