Rusiyada ilin əvvəlindən bəri ayı hücumları nəticəsində 37 nəfər həyatını itirib.
Omsk vilayətində qeydə alınan son hadisədə yaşlı kişinin meyiti tapılıb.
Meyit Tarski rayonunun Malinovka kəndi yaxınlığındakı meşəlik ərazidə aşkarlanıb.
Məlumata görə, kişinin meyitində açıq kəllə-beyin travması və kəllə sümüyünün sınığı müəyyən edilib. Onun ayı hücumu nəticəsində öldüyü ehtimal olunur.