Tərtər pambıqçıları indiyədək tarlalardan 8 min ton məhsul toplayıblar

Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. İndiyədək tarlalardan 8 min ton “ağ qızıl” toplanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Tərtər rayonu ərazisində “Prime Cotton” MMC, “Azərpambıq” MMC və “Elakoton” MMC ilə müqavilə əsasında 2796,7 hektar sahədə pambıq becərilib. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.

Pambığın itkisiz yığılması, istehsalı və emalının yüksək səviyyədə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir. Sahələrdə aparılan yığım prosesi daim nəzarətdə saxlanılır. Rayon rəhbərliyinin, aidiyyəti qurumların iştirakı ilə tarlalarda aparılan yığım işlərinə baxış keçirilir.

Bu il rayon üzrə məhsuldarlığın 38 sentner olacağı proqnozlaşdırılır.