Rafael Qrossi Cenevrədə ABŞ və İran arasındakı nüvə danışıqlarına qoşuldu (YENİLƏNİB)

Beynəxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı üzrə gedən danışıqlar prosesinə qoşulub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“BAEA baş direktoru Rafael Qrossi texniki məsələlərə cavabdeh olan müşahidəçi qismində danışıqlara qoşulub”, - deyə məlumatda qeyd olunub.

xxx
12:30

 

İsveçrənin Cenevrə şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması istiqmaətində danışıqların üçüncü raundu öz işinə başlayıb.

Trend xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlarda vasitəçi rolunu Omanın XİN rəhbəri Bədr Əl-Busaidi yerinə yetirir.

ABŞ nümayəndə heyətinə Ağ Ev rəhbərinin Xüsusi elçisi Stiven Uitkoff, İrandan olan nümayəndə heyətinə isə İranın XİN rəhbəri Abbas Əraqçi rəhbərlik edir.