Ceyhun Bayramov Ermənistana səsləndi: Son nöqtəni qoymağa hazırıq

Azərbaycan sülh məsələsinə son nöqtəni qoymağa hazırdır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə bazar ertəsi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan öz xoşniyyətini göstərib, sülh sazişinin mətni paraflanıb.

“Ermənistan daxilində gedən siyasi prosesləri müşahidə edirik. Ermənistan cəmiyyəti üçün sülh önəmli olmalıdır. Azərbaycan məsələyə son nöqtəni qoymağa hazırdır. Azərbaycan dövləti öz xoşniyyətini nümayiş etdirir və ölkəmizin mövqeyi çox açıq və sadədir. Sülh sazişinin paraflanması və imzalanması açıq sənəddir. Həm Azərbaycan, həm Ermənistan, həm də dünya ictimaiyyəti bu açıq sənədi görmək imkanına malikdir. Hədəf birtərəfli deyil, hər iki tərəfin maraqlarına xidmət edən bir prosesdir", - deyə nazir əlavə edib.