Bolqarıstanın Varna şəhərində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin səfərinə qarşı etiraz aksiyası keçirilib.
Bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) məlumat yayıb.
Aksiyanı “Dirçəliş” partiyasının tərəfdarları “Varna müharibə deyil, sülh istəyir!” şüarı altında təşkil ediblər. Aksiya iştirakçıları Avropa Komissiyasının sədrini “Ursula, burada arzuolunan şəxs deyilsiniz!” şüarları ilə qarşılayıb və şəhəri dərhal tərk etməsini tələb ediblər.
Etirazçıların AK rəhbərinə qarşı qaldırdığı plakatlardakı yazılar bolqar, ingilis və alman dillərində olub.
BTA-nın məlumatına görə, Avropa Komissiyası sədrinin korteji Nikolay Vaptsarov adına Ali Hərbi-Dəniz Məktəbinin binasına çatarkən etirazçılar avtomobil karvanını meyvə, tərəvəz və yumurta atəşinə tutublar.