Minaya düşən traktorçunun əli amputasiya olunub (YENİLƏNİB)

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində minaya düşən traktorçunun sol əli bilək nahiyəsindən amputasiya olunub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, onun ayağındakı xəsarət cərrahi müdaxilə ilə aradan qaldırılıb.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

15:29

xxx

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində minaya düşən traktorçu xəstəxanaya yerləşdirilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, minaya düşən İsgəndər İsmayılov müxtəlif xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda İ.İsmayılov əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

14:35

xxx

Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında mina hadisəsi baş verib.

ANAMA-nın yaydığı məlumata əsasən, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində İsgəndər İsmayılov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa və çəpərləmə işləri aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.