ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın təhlükəsizlik xidmətinin yüksək vəzifəli nümayəndəsi ilə üzbəüz danışıqlar aparmaq imkanını nəzərdən keçirir.
Bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən xəbər verir.
“Vitse-prezident Cey Di Vens Respublikaçılar Partiyası üçün maneə hesab etdiyi müharibəyə son qoymaq cəhdi çərçivəsində İranın təhlükəsizlik xidmətinin yüksək vəzifəli nümayəndəsi ilə üzbəüz danışıqlar aparmaq imkanını nəzərdən keçirir”, - deyə nəşr yazır.
Qəzetin mənbələrinin məlumatına görə, son günlər ABŞ Prezidenti Donald Tramp yüksək vəzifəli köməkçilərinə və həmkarlarına Vensin İranla danışıqları bərpa etməsinə müsbət yanaşdığını bildirib və ona danışıqlar aparmaq səlahiyyəti verib.
Nəşrin mənbələri qeyd edib ki, Vans və İran rəsmiləri görüşməyə razı olarsa, Qətərin paytaxtı Doha danışıqların növbəti mərhələsi üçün mümkün məkan kimi nəzərdən keçirilir.