Gələn il 61 dövlətin lideri bu tədbir üçün Bakıya gələ bilər

2027-ci ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı İslam Sammiti Konfransında Azərbaycan da daxil olmaqla təşkilata üzv və müşahidəçi statusunda olan 62 dövlətin liderlərinin iştirakı gözlənilə bilər.

İslam Əməkdaşlıq Təşkilatının rəsmi tədbirlər təqviminə əsasən, 16-cı İslam Sammiti Konfransı 2027-ci il iyunun 23-24-də Bakıda keçiriləcək. Sammitdə İƏT-ə üzv olan 57 dövlətin və müşahidəçi statusuna malik 5 ölkənin dövlət və hökumət başçılarının iştirakı mümkün hesab olunur.

Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Pakistan Prezidenti Asif Əli Zərdari, İndoneziya Prezidenti Prabovo Subianto, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, Qətər Əmiri Təmim bin Həməd Al Sani, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan və İordaniya Kralı II Abdullahın Bakıya səfər edə biləcək liderlər sırasında olduğu ehtimal edilir.

Mümkün iştirakçılar arasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Malayziya Kralı Sultan İbrahim, Bruney Sultanı Həsənəl Bolkiah və İraq Prezidenti Əbdüllətif Rəşid də var.

Bununla yanaşı, sammitdə Mərakeş Kralı VI Məhəmməd, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Oman Sultanı Heysəm bin Tariq Al Səid, Küveyt Əmiri Mişal əl-Əhməd əl-Cabir əs-Sabah, Maldiv adalarının Prezidenti Məhəmməd Muizzu, Banqladeşin Prezidenti Mirzə Fəxrul İslam Aləmgir, Albaniya Prezidenti Bayram Beqay, Nigeriya Prezidenti Bola Tinubu və Seneqal Prezidenti Bassiru Diomay Fayın da iştirakı mümkün ola bilər.

İƏT-in digər üzv dövlətlərini Əfqanıstan, Albaniya, Benin, Burkina-Faso, Kamerun, Çad, Cibuti, Fələstin, Qabon, Qambiya, Qayana, Qvineya, Qvineya-Bisau, Komor adaları, Kot-d'İvuar, Küveyt, Livan, Liviya, Mali, Mavritaniya, Mozambik, Niger, Syerra-Leone, Somali, Sudan, Surinam, Suriya, Toqo, Tunis, Uqanda və Yəmən təmsil edir. Bu ölkələrin də dövlət və hökumət başçıları sammitin potensial iştirakçıları sırasındadır.

Təşkilatın müşahidəçi dövlətləri olan Bosniya və Herseqovina, Mərkəzi Afrika Respublikası, Tailand, Rusiya və Şimali Kipr Türk Respublikasının rəhbərlərinin də tədbirə qatılması mümkün hesab olunur. Bu ölkələrin hazırkı liderləri müvafiq olaraq Denis Beçiroviç, Fosten-Arkanj Tuvadera, Maha Vaciralonqkorn, Vladimir Putin və Tufan Erhürmandır.

Qeyd edək ki, İƏT-in 2027-ci ildə Bakıda keçirilməsi planlaşdırılan digər tədbirləri də var. İyunun 1-2-də İnformasiya Nazirlərinin İslam Konfransının 13-cü sessiyası, iyunun 19-20-də İslam Sammiti Konfransının 16-cı sessiyasına hazırlıq üzrə yüksək vəzifəli şəxslərin iclası, iyunun 21-22-də isə hazırlıq üzrə nazirlər iclasının keçirilməsi nəzərdə tutulur.

Bu tədbirlərdə əsasən informasiya nazirlərinin, yüksək vəzifəli diplomatik nümayəndələrin və xarici işlər nazirlərinin iştirakı gözlənilir.