İranda 2 polis əməkdaşı öldürülüb

Bu gün səhər saatlarında İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində 2 polis əməkdaşı öldürülüb, bir polis əməkdaşı isə yaralanıb.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

 

Məlumata görə, Sistan və Bəluçestan vilayətinin Xaş-Zahidan magistral yolunda polis avtomobilinə naməlum silahlılar atəş açıblar.

Naməlum silahlılar hadisə yerindən qaçıblar. Onların tapılması üçün əməliyyat-axtarış tədbirləri başlanıb.