Tailandda ölənlərin sayı 29-a çatıb - YENİLƏNİB

Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 29-a çatıb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Son məlumatlara görə, yaralananların sayı 67-yə çatıb.

"Khaosod" qəzetinin məlumatına görə, artıq yaaralanan 54 nəfərin kimliyi müəyyən edilib.

Hadisə meyitlərin çıxarılması işləri davam edir.

09:25

Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 22 nəfərə, xəsarət alanların sayı isə 70 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Khaosod" qəzeti xəbər verib.

Həlak olanların əksəriyyəti qırıntılar altında sıxılıb qalıb.

Hadisə krallığın şimal-şərqində yerləşən Nakxonratçasima əyalətində baş verib. Qatar Banqkok - Ubonratçatxani marşrutu ilə hərəkət edirdi. Toqquşma nəticəsində qatar relsdən çıxıb və yanğın baş verib.

Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları işləyirlər, onlar üç vaqonda bloklanmış sərnişinləri xilas etməyə çalışırlar.