İran Milli Təhlükəsizlik Şurasının Katibi Laricani: Liderlik Şurası bu gün qurulacaq
İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibi Əli Laricani, Ayətullah Əli Xameneinin öldürülməsindən sonra seçiləcək yeni liderlə bağlı, “Liderlik Şurasının qurulması üçün dünən bir toplantı keçirərək hazırlıqlarımızı etdik. Şura bu gün qurulacaq” dedi.