JD Vance: Hörmüzdən çıxan neft və qaz miqdarını artıracağıq
ABŞ vitse-prezidenti JD Vance, “Hörmüz Boğazından neft və təbii qaz axınını artıracağıq” dedi.

ABŞ vitse-prezidenti JD Vance, Amerika mətbuatına İranla bağlı açıqlama verdi. Vance, İranla ünsiyyətin davam etdiyini bildirərək, “Hörmüz Boğazından çıxan neft və təbii qaz miqdarını ən yüksək səviyyəyə çıxarmağa çalışırıq” ifadəsini işlətdi.

Vance, İranın ABŞ ilə daha yaxşı əlaqə qurmaq üçün lazım olan uzunmüddətli dəyişiklikləri etməyə hazır olub-olmadığını anlamağa çalışdıqlarını qeyd edərək, “Əgər hazır deyillərsə, problem deyil. Əlimizdən gələn hər cür təzyiqi tətbiq etməyə və amerikalıların daha aşağı enerji qiymətlərindən faydalana bilməsi üçün Orta Şərqdən mümkün qədər çox neft və təbii qaz çıxarmağa davam edəcəyik. İran mövzusunda bütün diplomatik, iqtisadi və hərbi vasitələr işə salınıb” deyə danışdı.

Vance, ediləcək bir anlaşma ilə bağlı gözləntilərinin, çıxan neft və təbii qazın münaqişə öncəsi səviyyəyə dönməsi olduğunu vurğulayaraq, “İran tərəfinin də bu mövzuda razı olduğunu” irəli sürdü.