Husilər: Səudiyyə Ərəbistanının milli neft şirkətinin zavodunu hədəf aldıq
Yəməndəki İran dəstəkli Husilər, Səudiyyə Ərəbistanının milli neft şirkətinin Cizan bölgəsindəki zavodunu pilotsuz uçuş aparatı ilə hədəf aldıqlarını bildirdi.

Yəməndəki İran dəstəkli Husilər, Səudiyyə Ərəbistanının milli neft şirkəti Aramco-nun Cizan bölgəsindəki zavodunu pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldıqlarını açıqladı. Açıqlamada, hücumda insan itkisi olmadığı bildirildi.