İran: ABŞ şərtlərimizi qəbul edənə qədər Hörmüz Boğazını nəzarətdə saxlayacağıq
İran İnqilab Keşikçiləri Korpusu sözçüsü Tuğgeneral Hüseyn Muhibbi, “ABŞ, Tehranın bütün şərtlərini qəbul edənə qədər Hörmüz Boğazını nəzarətdə saxlayacağıq” dedi.

İran İnqilab Keşikçiləri Korpusu sözçüsü Tuğgeneral Hüseyn Muhibbi ölkə mediasına Hörmüz Boğazı ilə bağlı açıqlama verib. Muhibbi, Hörmüz Boğazının İran üçün yalnız bir su yolu deyil, həm də bir münaqişə sahəsi olduğunu bildirib. Muhibbi, “Strategiyamız, düşmən bütün şərtlərimizi qəbul edənə qədər boğazı nəzarətdə saxlamaqdır” ifadələrini işlədib.