Tramp: İranla danışıqları səssizcə aparırıq
ABŞ Prezidenti Donald Tramp, "İranla danışıqlar prosesini səssizcə aparırıq" dedi.

ABŞ Prezidenti Donald Tramp, Amerikan mətbuatına İranla davam edən danışıqlar prosesinə dair qiymətləndirmə verdi. Tramp, İranla danışıqları səssizcə apardıqlarını bildirərək, “İranla yalnız yarı danışıqlar halındayıq. İranın yüksək inflyasiyasını və pul çatışmazlığını sadəcə izləyirik” ifadələrini işlətdi.

Tramp, İranın iqtisadi olaraq 'çox pis vəziyyətdə' olduğunu və əsgərlərinin maaşlarını ödəyəcək pulu olmadığını söyləyərək, ABŞ-ın dəniz blokadasının İran rejiminin iqtisadi böhranını daha da pisləşdirdiyini bildirdi.