Rusiyanın Belgorod bölgəsində Ukraynanın pilotsuz uçuş aparatları ilə təşkil etdiyi hücumda 5 nəfərin həyatını itirdiyi bildirildi.
Rusiyanın Belgorod bölgəsindəki Operativ Mərkəz tərəfindən verilən açıqlamada, Ukrayna ordusunun Belgorod şəhərinə pilotsuz uçuş aparatı (PUA) hücumu təşkil etdiyi qeyd edildi. Hücumda şəhərdəki bir neçə binanın zərər gördüyü bildirilən açıqlamada, dağıntıların təmizlənməsi işlərinin davam etdiyi ifadə edildi.