Yəmən ordusu, İran dəstəkli husilərin Əl-Muha şəhəri və limanına hücumunda 4 əsgər və 3 mülkinin həlak olduğunu bildirdi.
Yəmən Ordusunun sözçüsü Polkovnik Macid ən-Nuzeyli, husilərin dünən Əl-Muha şəhəri və limanına raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini açıqladı. Nuzeyli, hücumlarda mülki yaşayış yerləri, infrastruktur, vətəndaşların evləri, elektrik istehsalı obyektləri və şəhər daxilindəki bəzi mülki nöqtələrlə yanaşı, hərbi mövqelərin də hədəf alındığını bildirdi. Hücumu 'beynəlxalq humanitar hüququn açıq pozuntusu' kimi qiymətləndirən Nuzeyli, 4 əsgər və 3 mülkinin həlak olduğunu, əksəriyyəti mülki şəxslərdən ibarət 30 nəfərin yaralandığını ifadə etdi.