İspaniyanın Huelva bölgəsində meşə yanğını səbəbindən təxminən 500 nəfərin təxliyə edildiyi bildirildi.
İspaniyanın cənubundakı Andalusiya Muxtar Bölgəsinə bağlı Huelva vilayətində cümə axşamı başlayan meşə yanğınının davam etdiyi bildirildi. Rəsmilər, alovların təxminən 8 min hektarlıq ərazini təsir etdiyini qeyd edərək, 474 nəfərin təhlükəsizlik səbəbi ilə təxliyə edildiyini açıqladı.