Hindistanda seldə həyatını itirənlərin sayı 100-ə çatdı
Hindistanın Assam əyalətində güclü yağışların səbəb olduğu sellərdə həyatını itirənlərin sayının 100-ə çatdığı bildirildi.

Hindistan mətbuatı Assam Əyaləti Fəlakət İdarəetmə İdarəsinin (ASDMA) güclü yağışlar və sellərlə bağlı açıqlama verdiyini bildirdi. Açıqlamada, əyalət üzrə sellərdə son 24 saatda daha 2 nəfərin həyatını itirdiyi qeyd edildi. Beləliklə, əyalətdə həyatını itirənlərin sayı 100-ə yüksəldi.

Assam Əyaləti Baş naziri Himanta Biswa Sarma isə sosial media hesabından paylaşımında, əyalətin 25 bölgəsində 1,1 milyondan çox insanın sellərdən təsirləndiyini bildirdi.