Səudiyyə Ərəbistanında mebel fabrikində yanğın: 16 ölü
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda mebel fabrikində baş verən yanğında 16 nəfər həyatını itirib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Musa Sanaiya sənaye bölgəsindəki mebel istehsalı fabrikində yanğın baş verib. Rəsmilər yanğında 16 Banqladeşli işçinin həyatını itirdiyini açıqlayıb. Banqladeş Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, vəziyyətin yaxından izlənildiyi və cənazələrin ən qısa zamanda Banqladeşə gətirilməsi üçün Səudiyyə rəsmiləri ilə əməkdaşlıq edildiyi qeyd olunub.