Nigeriyada difteriya epidemiyası səbəbindən 17 nəfər həyatını itirib
Nigeriyanın şimalındakı Niger əyalətində difteriya epidemiyası səbəbindən 17 nəfər həyatını itirib.

Niger Ştatının Səhiyyə Komissarı Murtala Baqana ştatın Bida, Suleja və Şiroro bölgələrində difteriya hallarının artdığını bildirib. Baqana bu bölgələrdə 124 difteriya hadisəsinin qeydə alındığını, bu şəxslərdən 103-nün xəstəxanadan buraxıldığını qeyd edib. Baqana difteriya epidemiyası səbəbindən 17 nəfərin həyatını itirdiyini bildirərək, “Mən səlahiyyətliləri ictimai sağlamlığı qorumaq üçün dərhal yerli idarəetmə ilə əlaqə saxlamağa çağırıram” ifadəsini işlədib.