Cənubi Amerika ölkəsi Kolumbiyada baş verən 7.4 bal gücündəki zəlzələdə 132 nəfər həyatını itirdi.
Kolumbiya Paytaxtlar Birliyi, ölkədə baş verən 7.4 bal gücündəki zəlzələdən sonra son vəziyyətə dair açıqlama verdi. Açıqlamada, zəlzələdə həyatını itirənlərin sayının 132-yə yüksəldiyi, 700-dən çox insanın isə yaralandığı bildirildi.
Ölkənin üçüncü böyük şəhəri Kali-də zəlzələ səbəbindən bəzi yolların çökməsi və 10 xəstəxananın xidmət göstərə bilmədiyi qeyd edilərək, paytaxt Boqota və Medellindən axtarış-xilasetmə qruplarının bölgəyə dəstək üçün göndərildiyi bildirildi. Quibdo və Manizalesdə isə zəlzələnin su, elektrik, telekommunikasiya və nəqliyyat xidmətlərində kəsintilərə səbəb olduğu qeyd edildi.