Tramp, İrandan təzminat tələb edəcəyini açıqladı
ABŞ Prezidenti Donald Tramp, “İranın ‘hərbi təzminat’ tələb etməsinə cavab olaraq bu ölkədən ‘son 50 il ərzində öldürdüyü insanlar üçün’ təzminat tələb edirəm” dedi.

 

ABŞ Prezidenti Donald Tramp, sosial media hesabından etdiyi paylaşımda, İranın ABŞ-dan müharibə təzminatı istədiyi barədə xəbərlərə toxundu. Münaqişənin İranın nüvə silahına sahib olmayacağı səbəbi ilə başladıldığını bildirən Tramp, “İran, beş aylıq hərbi münaqişə zamanı onlara verilən zərərlər üçün təzminat tələb edir; halbuki bu mövzu, etdiyimiz heç bir müzakirədə gündəmə gəlməmişdi. Ancaq bu maraqlı bir fikirdir, çünki mən də indi İrandan, yol kənarına yerləşdirdikləri bombalar ilə bir çox münaqişə səbəbindən öldürülən və ağır yaralanan bütün insanlar üçün təzminat tələb edirəm. Həmçinin İranın son 50 il ərzində öldürdüyü yüz minlərlə günahsız etirazçının ailələrinə də təzminat ödənməlidir. Nümayəndələrimə bu mövzunu gələcəkdə ediləcək hər cür müzakirədə qətiyyətlə gündəmə gətirmələri barədə təlimat verdim” ifadələrini işlətdi.

 

Tramp, sosial media hesabından mövzu ilə bağlı bir açıqlama daha edərək təzminat tələbini genişlətdi. Tramp, “Həmçinin müzakirələr kontekstində İran; Livan, Suriya, Yəmən ilə Qəzza xalqına verilən zərər və itkilərdən də məsul tutulmalıdır” qiymətləndirməsində bulundu.