İngiltərədə quraqlıq şəraitinin təsirli olduğu bölgələr genişləndirilərək ölkənin üçdə ikisi üçün rəsmi olaraq quraqlıq elan edildi.
İngiltərə Milli Quraqlıq Qrupu, İngiltərə Ətraf Mühit Agentliyi və digər hökumət rəsmiləri, sektor və fermer nümayəndələrindən ibarət olan qrup, dünən toplantı keçirdi. Toplantıda qəbul edilən qərara görə, İngiltərədə quraqlığın təsirli olduğu bölgələrə East Midlands, Lincolnshire və Northamptonshire, Kent və East Sussex ilə Solent və South Downs da əlavə edildi. Beləliklə, İngiltərənin 71,3%-i üçün rəsmi olaraq quraqlıq elan edildi. İngiltərə Ətraf Mühit Agentliyi, iyul ayının sonunda paytaxt London da daxil olmaqla İngiltərənin yarısı və Uels üçün quraqlıq elan etmişdi.