ABŞ-dan Kolumbiyadakı zəlzələ üçün 15,5 milyon dollarlıq yardım
ABŞ, Kolumbiyada baş verən zəlzələdən sonra təcili yardım işlərində istifadə olunmaq üçün 15,5 milyon dollar vəsait təmin edəcəyini bildirdi.

 

ABŞ Dövlət Departamentinin sosial media hesabından edilən açıqlamada, Kolumbiyada baş verən 7.4 bal gücündəki zəlzələdən sonra ölkə ilə həmrəylik ifadə olunduğu bildirildi. Açıqlamada, Kolumbiya üçün 15,5 milyon dollarlıq yardım təmin ediləcəyi, bu vəsaitin təcili sığınacaq, qida və qoruma ehtiyaclarının qarşılanması ilə zəlzələ qiymətləndirmə işlərində istifadə olunacağı qeyd edildi.