Trampdan 'Türkiyədə təyyarə dəyişdim' açıqlaması
ABŞ Prezidenti Donald Tramp, keçən ay Türkiyədəki NATO Zirvəsindən sonra təhlükəsizlik narahatlığı səbəbindən gizlicə 'Air Force One' təyyarəsindən enərək başqa bir təyyarə ilə ayrıldığını söylədi.

ABŞ Prezidenti Donald Tramp Ohayo səfərindən sonra jurnalistlərin suallarını cavablandırdı. Ankaradakı NATO Zirvəsindən sonra baş verən təhlükəsizlik prosesinə toxunan Tramp, Gizli Xidmət və hərbi rəsmilərin yönləndirməsi ilə fərqli bir təyyarə ilə səyahət etdiyini bildirərək, “Açıqcası orada bir təhdid olduğunu təxmin edirəm, bu barədə çox sual vermədim. Onsuz da çox təhdid alıram” ifadələrini işlətdi.

Digər tərəfdən ABŞ mətbuatında yer alan detallara görə, kameraların önündə prezident təyyarəsi 'Air Force One'a minən Tramp, daha sonra bir hava limanı ikram maşını vasitəsilə təyyarədən gizlicə enərək yaxınlıqdakı daha kiçik bir ABŞ Hərbi Hava Qüvvələri təyyarəsinə keçdi. 'Air Force One' təyyarəsinin isə Trampın təyyarədə olmadığından xəbərsiz olan yüksək səviyyəli rəsmilər, personal və jurnalistlərlə birlikdə Türkiyədən ayrıldığı qeyd edildi.