Kolumbiyada 7.4 maqnitudalı zəlzələdə həyatını itirənlərin sayı 254-ə çatıb.
Kolumbiyanın qərbində 10 avqustda 96 kilometr dərinlikdə baş verən 7.4 maqnitudalı zəlzələdə can itkiləri artır. Təsirlənmiş şəhərlərdən gələn hesabatlara görə, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 254-ə çatıb. Həyatını itirənlərin 101-nin qəhvə istehsal bölgəsi Pereira-da, 95-nin isə ölkənin üçüncü böyük şəhəri Kali-də olduğu qeyd edilib.
Təxminən 1600 binanın zərər gördüyü və ya tamamilə dağıldığı zəlzələdən sonra, 2700-dən çox insanın itkin düşdüyü bildirilib. Ailələrin itkin yaxınları haqqında məlumat tapmaq üçün vətəndaşlar tərəfindən idarə olunan internet saytlarına müraciət etdiyi qeyd edilib. Dağıntılar altında qalanları axtarma-qurtarma işləri kran, ekskavator və könüllülərin iştirakı ilə davam edərkən, bölgədə 100-dən çox təkanın baş verdiyi bildirilib.