Kolumbiyada baş verən 7.4 bal gücündəki zəlzələdə həyatını itirənlərin sayının 265-ə yüksəldiyi bildirildi.
Kolumbiya Prezidenti Abelardo de la Espriella bazar ertəsi baş verən fəlakətlə bağlı açıqlamasında zəlzələdə həyatını itirənlərin sayının 265-ə çıxdığını, 3 min 494 nəfərin yaralandığını və 496 nəfərdən isə hələ də xəbər alınmadığını bildirdi.
Zəlzələdən 53 mindən çox insanın təsirləndiyini ifadə edən de la Espriella, hökumətin prioritetinin itkin düşən şəxsləri axtarma işləri olduğunu qeyd etdi. De la Espriella həmçinin, fəlakətdən təsirlənənlərə yönəlik yardımları sürətləndirmək məqsədilə 'iqtisadi fövqəladə vəziyyət' elan ediləcəyini açıqladı.