ABŞ-ın Texas ştatında orduya məxsus 'AH-64 Apache' tipli hücum helikopterinin qəzaya uğraması nəticəsində 2 pilot həyatını itirdi.
ABŞ-ın Texas ştatının Salado bölgəsində dünən yerli vaxtla saat 13:35 radələrində hərbi helikopter boş bir əraziyə düşdü. Bell County Şerif Ofisi sözçüsü Cliff Coleman, Fort Hood Bazasına bağlı 'AH-64 Apache' tipli hücum helikopterindəki 2 pilotun həyatını itirdiyini bildirdi.
Helikopterin düşməsi ilə bölgədə meşə yanğını baş verərkən, ətrafdakı bəzi evlər ehtiyat məqsədilə təxliyə edildi. Helikopterin hər hansı bir tikiliyə və ya mülki şəxsə dəymədiyi ifadə edilərkən, qəza ilə bağlı istintaq başladıldığı bildirildi.