Trampdan Kim Çen In paylaşımı: Əla anlaşırıq
ABŞ Prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In ilə birlikdə olduğu bir şəkli sosial media hesabından paylaşaraq, Kim ilə əla anlaşdıqlarını bildirdi.

 

ABŞ Prezidenti Donald Tramp, sosial media hesabından Şimali Koreya lideri Kim Çen In ilə yan-yana durduqları bir şəkli paylaşdı. Şəkildəki görünüşə dair açıqlama verən Tramp, ikilinin dialoquna diqqət çəkdi. Paylaşımında, sözügedən şəkildəki dostcasına olmayan görünüşə baxmayaraq, birlikdə gülümsədikləri çoxlu anların da olduğunu ifadə edən Tramp, “Bu şəkildəki dostcasına olmayan görünüşə baxmayaraq, gülümsədiyimiz çoxlu şəkil var. Kim Çen In və mən əla anlaşırıq!” ifadələrini işlətdi.