İndoneziyanın şərqində dünən baş verən 7.7 bal gücündəki zəlzələdə ölənlərin sayının 51-ə yüksəldiyi bildirildi.
İndoneziyanın şərqindəki Flores Adası sahillərində dünən baş verən 7.7 bal gücündəki güclü zəlzələdə itkilər artır. Rəsmilər, zəlzələdən sonra bölgədə 341 təkanın qeydə alındığını və ölənlərin sayının 51-ə çatdığını bildirdilər. Səhiyyə Nazirliyinin rəsmiləri tərəfindən 36 nəfərin ağır, 77 nəfərin isə yüngül yaralandığı açıqlandı.
Fəlakət bölgəsində 1300-dən çox evin zərər gördüyü, təxminən 5 min nəfərin təhlükəsiz bölgələrə və müvəqqəti sığınacaqlara təxliyə edildiyi bildirildi. Torpaq sürüşmələrinin bəzi yolları bağlaması və rabitə xətlərindəki kəsintilər səbəbindən axtarış-xilasetmə işlərinin çətinliklə aparıldığı ifadə edildi.
Axtarış-xilasetmə və yardım fəaliyyətləri çərçivəsində bölgəyə 3 min 500-dən çox əsgər və polis göndərildi. İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyi (BNPB), adalardan ibarət coğrafiyada təcili müdaxilə işlərini sürətləndirmək məqsədilə 3 helikopter və 1 xilasetmə gəmisinin təyin edildiyini qeyd etdi.