Venesuelada 24 iyunda ard-arda baş verən iki böyük zəlzələdə həyatını itirənlərin sayı 6 min 438-ə çatdı.
Venesuela Milli Məclisinin sədri Xorxe Rodriges tərəfindən açıqlanan və hökumətin yayımladığı həftəlik hesabata görə, 24 iyunda baş verən zəlzələlərdə can itkisi keçən həftə ilə müqayisədə 137 artaraq 6 min 438-ə çatdı. Axtarış-xilasetmə işləri çərçivəsində 6 min 462 nəfərin xilas edildiyi, xəstəxanalarda isə 86 min 358 nəfərə tibbi müdaxilə edildiyi bildirildi.
Zəlzələdən təsirlənən ailələrə indiyədək 335 evin təhvil verildiyi, təhlükəsiz olub-olmadıqlarının müəyyən edilməsi məqsədilə 59 min 109 binada araşdırma aparıldığı qeyd edildi. Qiymətləndirilən binalardan 34 min 680-nin yaşayışa uyğun olduğu, 13 min 733-nün girişinin məhdudlaşdırıldığı, 10 min 696 binanın isə yüksək riskli kateqoriyada yer aldığı açıqlandı.