ABŞ-dan Qətərə 4,5 milyard dollarlıq yanacaq təyyarəsi satışı üçün təsdiq
ABŞ Dövlət Departamenti, Qətərə 4,5 milyard dollar dəyərində KC-46A havada yanacaq təyyarəsi və əlaqəli avadanlıqların mümkün satışına təsdiq verdi.

 

ABŞ Dövlət Departamentindən verilən açıqlamada, Qətər hökumətinin 4,5 milyard dollar dəyərində 4 ədəd KC-46A yanacaq təyyarəsi ilə yanaşı turbofan mühərriklər, radar xəbərdarlıq qəbulediciləri, lazer ötürücüləri və raket xəbərdarlıq sensorları kimi müxtəlif inkişaf etmiş müdafiə və sursat sistemlərini almaq üçün müraciət etdiyi bildirildi. Satış paketinə həmçinin elektron müharibə məlumat bazası dəstəyi, şifrələmə modulları, naviqasiya və dost-düşmən tanıma sistemləri ilə texniki və logistika dəstək xidmətlərinin də daxil olduğu qeyd edildi.

Sözügedən satışın, ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcəyi vurğulanan açıqlamada, Qətərin Orta Şərqdə siyasi sabitlik və iqtisadi inkişaf üçün mühüm bir güc olduğu qeyd edildi. Təsdiqlənmiş paket Qətərin ABŞ və müttəfiq qüvvələrlə birgə işləmə qabiliyyətini artıracağı ifadə edilərkən, satılacaq avadanlıq və dəstəyin bölgədəki əsas hərbi balansı dəyişdirməyəcəyi bildirildi.