İraq, İran və Səudiyyə Ərəbistanına 'birgə təhlükəsizlik koordinasiya şurası' yaradılması istiqamətində təklif verdiyini bildirdi.
İraq Baş nazirinin Təhlükəsizlik Müşaviri Qasim əl-Araji ölkə mediasına verdiyi açıqlamada, İraqın İran və Səudiyyə Ərəbistanı ilə əlaqələrinə toxundu. Araji, İran və Səudiyyə Ərəbistanına birgə təhlükəsizlik koordinasiya şurasının yaradılması istiqamətində təklif verdiklərini bildirərək, "İki ölkə arasındakı əsas problem bir etimad böhranından qaynaqlanır" ifadəsini işlətdi.
İran və Səudiyyə Ərəbistanından isə mövzu ilə bağlı hələ rəsmi bir açıqlama verilməyib.